(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında tədbir keçirilib

Ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Nizami rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Sevil Əliyeva içtirakçılara klassik aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirin yaradıcılığı haqqında məlumat verib. Sonra “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək tədbir iştirakçılarını İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından salamlayıb. Natiq bildirib ki, bu ilin aprel ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşıq Şəmşirin 125 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. İlin əvvəlindən keçirililən silsilə yubiley tədbirlərinin ilin sonuna kimi davam edəcəyini bildirən Həbib Misirov mədəniyyətin digər sahələri ilə yanaşı aşıq sənətinə də dövlətimiz tərəfindən verilən yüksək qiymətdən bəhs edib.

 

Daha sonra Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı Dədə Şəmşirin ədəbi-bədii irsi haqqında geniş məruzə edib. Tədbirdə ziyalılar, sənət adamları çıxış edərək Aşıq Şəmşirin ömür yolundan, yaradıcılığından bəhs ediblər.

Əməkdar Mədəniyyət işçisi Ədalət Dəlidağlının, aşıq Əli Zeynalabdinovun, Rəfiqə Göyçəlinin ifasında ustad sənətkarın şeirləri səsləndirilib.

Mərasimdə eyni zamanda ustad sənətkarın lent yazıları səsləndirilib, həmçinin kitablarından ibarət sərgi nümayiş etdirilib.