(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

“Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” #3

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi layihəsi çərçivəsində keçirilən silsilə tədbirlər davam etməkdədir.

 Belə tədbirlərdən növbətisi 16 may 2015-ci il tarixində Gənçə şəhərində keçirildi. Tədbirin əsas mahiyyəti xalqına və vətəninə ürəkdən bağlı olan iki böyük şəxsiyyətin –Səməd Vurğun və Aşıq Şəmşirin dostluğunu və bir amal ətrafında bir olduqlarını gənclərə tanıtmaq təşkil edirdi.

 Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Qənbər Şəmşiroğlu öncə tədbir iştirakçılarına bugünkü Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdən, bir neçə gün sonra keçiriləcək Avropa Oyunları kimi möhtəşəm bayramdan və sonra tədbirin ruhuna uyğun Səməd Vurğun və Aşıq Şəmşirin şəxsiyyətindən, vətənpərvərliyindən bəhs etdi. Qənbər Şəmşiroğlu Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bütün zamanlarda bu tipli layihələri dəstəklədiyinə diqqət çəkərək Şuranın rəhbərliyinə öz təşəkkürünü bildirdi. Bu layihənin indiki zamanda çox aktual olduğunu nəzərə çatdırdı.

 Dastanlar, adətən, ustadnamələrlə başlayır. Deyilən ustadnamələrin əksəriyyəti ellər arasında tanınmış ustad sənətkarların,müdrik söz sahiblərinin olub. 1955-ci ilin yay ayında Kəlbəcər rayonunun İsti-su sanotoriyasına müaliçəyə gələn gələn Səməd Vurğun burda ustad sənətkar Aşıq Şəmşirlə görüşür. Bu görüşlər bir dastana cevirilir.

 Deyişmələri iki-üç günün icərisində bütün bğlgələrə yayılmağa başlayır. Hətta bu xəbəri eşidən,Vurğun sevənin pərəstişkarı olanlar da Kəlbəcərə axışır.Demək olar ki, hər axşamüstü buna bənzər məclislər qurulur. Səməd Vurğun və Aşıq Şəmşir dastanı bu gündə məclislərin əsas mövzusudur.

 İctimai Birliyin sədr müavini Həbib Misirov öz çıxışında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vətənpərvər gəncliyin formalaşması naminə çox böyük işlər gördüyünü bildirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi nümunəsində ölkə gəncliyinə göstərdiyi vətənpərvərlik nümunəsinin hər zaman örnək olduğunu deyən natiq, layihənin də bu amala xidmət etdiyini bildirdi.

 Daha sonra söz layihənin eksperti, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıya söz verildi. O, dinləyicilərin diqqətinə Aşıq Şəmşir və Səməd Vurğun dostluğundan bəhs edərək dedi ki: Bugünkü dastan gecəsi Azərbaycanın ilk xalq şairi, ictimai-siyası xadim Səməd Vurğunun 1955-ci ildə Kəlbəcər rayonun gəlməsi və ustad sənətkar Aşıq Şəmşirlə görüşünə həsr olunmuş Səməd Vurğun və Aşıq Şəmşir dastanına həsr olunub. Bu il həm də dillər əzbəri olan bu dastanın yaranmasından 60 il ötür.

 Bu əxlaq, mənəviyyat və vətənpərvərlik dastanının gənclər arasında təbliğ edilməsi çox önəmli məsələdir. Bu layihəyə dəstək olanlar məhz Azərbaycan gəncliyinin öz xalqına, millətinə xidmət və sədaqət ruhunda tərbiyə olunması işinə dəstək olurlar.

 Tədbirin sonunda aşıqlar və məktəblilər hər iki ustad sənətkarın sözlərinə bəstələnən mahnılar və dastandan müxtəlif parçalar ifa etdilər.