(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Moskvada UNESCO ilə rəsmi tərəfdaşlıq edən Qeyri-Hökumət Təşkilatlarının (QHT) beynəlxalq forumu keçirilib

Moskvada UNESCO ilə rəsmi tərəfdaşlıq edən Qeyri-Hökumət Təşkilatlarının (QHT) beynəlxalq forumu keçirilib.

Moderator.az xəbər verir ki, “Bəşəriyyətin ortaq faydası üçün elm” mövzusunda keçirilən forumda Azərbaycanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov təmsil edib.

UNESCO ilə rəsmi tərəfdaşlıq edən QHT rəhbərləri, BMT və UNESCO ekspertləri, Rusiyanın hökumət rəsmiləri və beynəlxalq səviyyədə tanınmış elm xadimlərinin iştirakı, Rusiya Elmlər Akademiyası və Rusiya Sülh Fondunun təşkilatçılığı ilə baş tutan forumda elmin nailiyyətləri və inkişaf perspektivləri müzakirə olunub. UNESCO baş direktorunun müavini Qu Xing açılış nitqində, cəmiyyətdə baş verən mühüm dəyişikliklər haqqında bilik və təcrübələrin paylaşilmasina imkan yaradan bu forumda bəşəriyyətin problemlərinə mütərəqqi yanaşmalar irəli sürüləcəyinə əminliyini ifadə edib.

Forumda çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, elmi diplomatiya artıq bütün bəşəriyyətin inkişafını təmin edən bir reallığa çevrilib: “Bu gün dünya sürətli dəyişiklik mərhələsindədir. Dayanıqlı inkişafı təmin etməkdə maraqlı olanların, o cümlədən elm adamlarının və cəmiyyətin səylərini birləşdirməsi indi daha böyük əhəmiyyət kəsb edir.”

S.Lavrov, dünyanın 51 ölkəsindən alimlərin, vətəndaş hərəkatı rəhbərlərinin iştirakı ilə baş tutan bu forumun xalqlar arasında qarşılıqlı anlayış və inam mühitini gücləndirməyə töhfə verəcəyini bildirib.

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri, Rusiya Sülh Fondunun sədri Leonid Slutski bildirib ki, alimlər arasında əməkdaşlıq və təmasların sıxlaşması dünyada sülhün möhkəmlənməsinə xidmət edəcək.

Ölkəmizi forumda təmsil edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Nümayəndəsi Fazil Qasımov Rusiya Elmlər Akademiyasının (REA) prezidenti Aleksandr Sergeyevə dəvətə görə təşəkkürünü bildirib və Azərbaycan alimlərinin inkişafında, eləcə də ölkəmizdə elmi mühitin formalaşmasında REA-nın mühüm rol oynadığını vurğulayıb. UNESCO ilə Azərbaycanın folklorşünas alimləri arasında körpü qurmağa səy göstərdiyini qeyd edən Fazil Qasımov, İctimai Birlik tərəfindən folklor irsinin öyrənilməsi sahəsində beynəlxalq layihələrə start verildiyini bildirib. Azərbaycanda elmi inkişafa ölkə başçısı səviyyəsində diqqət göstərildiyini vurğulayan natiq respublikanın ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə yeni Dövlət Proqramının qəbul edildiyini bildirib.

İki gün davam edən forumda, “Beynəlxalq əməkdaşlıq və qlobal təhlükəsizlik faktoru kimi elmi diplomatiya”, “Təfəkkürümüzdəki elm, dövrümüz üçün elm”, “Tarixi yaddaş və elm diplomatiyası”, “Təhsil üçün elm, elm üçün təhsil”, “Yeni dünya düzəni üçün perspektivlər”, “Elmin sosial məsuliyyəti: siyasətin formalaşmasına töhfə verə bilən sosial institut kimi elm”, “Yeni texnoloji inqilabın humanitar aspektdən qiymətləndirilməsi”, “Elm və əxlaq”, “Elmdə qadının rolu”, “XIX əsrdə sülhün və stabilliyin qarantı: elm əsaslı dayanıqlı həll”, “Dayanıqlı inkişaf: Elmin məsuliyyəti və vətəndaş cəmiyyətinin rolu” və s. mövzularda çoxsaylı plenar sessiyalar, seminarlar, panel müzakirələri keçirilib.


 

Share Buttons Demo