(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Şuranın dəstəyilə “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”nda görüşlər keçirilir

 Ölkəmizin ictimai və mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” layihəsi çərçivəsində bölgələrdə görüşlər keçirməyə başlayıb. 

Layihə çərçivəsində Qazax rayonunda keçirlən tədbirdə qeyd olunub ki, layihənin əsas mahiyyəti çağdaş aşıqlarımızın vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazdıqları şeirlərdən ibarət kitab hazırlamaqdır. Bildirlib ki, dövrümüzdə yaşayan, aşıq sənəti ilə yanaşı, poetik yaradıcılıqla da məşğul olan aşıqlarımızın əsərlərində ölkəmizin müstəqilliyi, dövlət quruculuğunun möhkəmləndirilməsi, ümummilli liderimiz Heydər Əliyev siyasətinin dönmədən həyata keçirilməsi, eləcə də torpaqlarımızın erməni işğalından azad olunması uğrunda öz canlarından keçmiş qəhrəman oğullarımızın tərənnüm olunması mühüm yer tutur. Xüsusi vurğulanıb ki, ölkəmizin müharibə vəziyyətində olduğu bir vaxtda xüsusilə də gənclərin vətənpərvərlik və qəhrəmanlıq ruhunun daha da artırılması üçün aşıqlarımızın bu mövzularda yazdığı şeirlərin geniş ictimaiyyət arasında təbliğ olunması vacibdir.

Tədbirdə çıxış edən folklorşünas Məhəmmədəli Məşədiyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, şair Mübariz Qaragözlü, aşıqlardan Saqif Məzəmli, Samir Cəlaloğlu, Ruslan Mustafayev və başqaları layihənin əhəmiyyətindən bəhs ediblər, belə bir layihənin xüsuslilə gənclərin vətənpərvərlik ruhunda böyüməsi baxımından önəm daşıdığını ifadə ediblər. 

Görüş iştirakçıları bu cür layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və eyni zamanda layihənin icraçısı - “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 


 

Share Buttons Demo