(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi fəxri fərmanla təltif edildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Beynəlxalq Mətbuat Mərkəzində 2014-cü ildəki fəaliyyətinin nəticələri haqqında hesabat konfransı keçirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri millət vəkili Azay Quliyev 2014-cü ildə yerli QHT-lərin 386 layihəsi Şura tərəfindən maliyyələşdirildiyini, onların icrası çərçivəsində 640 təlimin, 287 seminarın keçirildiyini, 23 kitab, 20 braşür, 71 buklet, 8 film, 5 sayt hazırlandığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda layihələrin icrasında fərqlənən QHT-lər fəxri fərmanla təltif edildi. 2014-cü ildə “Saz və balabanı Azərbaycan xalqının milli musiqi alətləri kimi erməni mənimsəməsindən qoruyaq” layihəsinin uğurla həyata keçirdiyinə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanova QHT-lərə Dövlət Dəstəyi Şurası sədri tərəfindən fəxri fərman təqdim edildi.

Qeyd edək ki, “Saz və balabanı Azərbaycan xalqının milli musiqi alətləri kimi erməni mənimsəməsindən qoruyaq” layihəsi çərçivəsində Bakı, Gəncə və Şamaxı şəhərlərində saz və balaban ustalarının, folklorşünas alimlərin, əcnəbi qonaqların və ekspertlərin iştirakı ilə elmi seminarlar və ustad dərsləri keçirilmiş, maarifləndirici buklet və disklər hazırlanaraq iştirakçılara paylanmışdır. Layihə nəticəsində yüzlərlə vətəndaşımızın, həmçinin onlarla əcnəbinin qatıldığı məclis və tədbirlərdə saz və balaban musiqi alətlərinin Azərbaycan xalqına mənsub olması ilə bağlı maarifləndirmə işləri aparılmış, onlarla gəncə saz və balaban alətləri təqdim edilmiş, ustadlar tərəfindən dərslər keçirilmişdir.