BDU TƏLƏBƏLƏRİNİN “AŞIQ ŞƏMŞİRİN XATİRƏ MUZEYİ”NƏ EKSKURSİYASI TƏŞKİL EDİLİB
18 may Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin bir qrup tələbəsinin “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Aşıq Şəmşirin Xatirə Muzeyi”nə ekskursiyası təşkil edilib.
Ekskursiya zamanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Beynəlxalq Muzeylər Gününün əhəmiyyəti və “Aşıq Şəmşirin Xatirə Muzeyi” haqqında, muzeydə toplanan eksponatlar barəsində tələbələrə müfəssəl məlumatlar verib. Eyni zamanda BDU-nun dosenti Ələmdar Cabbarlı Aşıq Şəmşirin XX əsr Azərbaycan ədəbiyyatında və aşıq sənətindəki yeri və mövqeyi ilə bağlı məlumatları da tələbələrin diqqətinə çatdırıb.