(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

9 dekabr 2014-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” adlı kitabının, gənc tədqiqatçı, AYB-nin və AJB-nın üzvü Leyla Faiqqızının “Milli istiqlal şairi Mehmet Akif Ersoy” adlı

9 dekabr 2014-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” adlı kitabının, gənc tədqiqatçı, AYB-nin və AJB-nın üzvü Leyla Faiqqızının “Milli istiqlal şairi Mehmet Akif Ersoy” adlı monoqrafiyasının və şair Sona Çərkəzin şeirlər kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in redaktoru Rəşad Məcid açdı. Qonaqları salamlayan Rəşad Məcid kitab haqqında qonaqlara məlumat verdi. Daha sonra Türkiyə Səfirliyinin Kültür və Tanıtım Müşaviri Seyit Ahmet Arslan bəyə söz verildi. Müəllifləri təbrik edən Seyit Ahmet Arslan bəy sözügedən kitabların bədii və elmi dəyərindən bəhs etdi.

Tədbir iştirakçılarından ADPU-nun professoru Himalay Qasımov çıxış edərək professor Elman Quliyevin, gənc tədqiqatçı Leyla Faiqqızının və şairə Sona Çərkəzin elmi və bədii yaradıcılığnıdan söz açdı. Millət vəkili Hüseynbala Mirələmov, Avrasya Yazarlar Birliyinin sədri Yakup Ömeroğlu, Türkiyənin Azərbaycandakı Səfirliyinin müstəşar köməkçisi Nihad Gül, TÜRKSOY-un sədr müavini Firat Purtas, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, görkəmli alim Qəzənfər Paşayev, AMEA-nın dəyərli ziyalıları və ADPU-nun və BDU-nun müəllim kollektivi hər üç müəllifin kitabları haqqında öz ürək sözlərini söyləyərək onları təbrik etdilər və müvəffəqiyyət dilədilər.

Qonaqların hər biri türkdilli xalqların dostluğundan, qardaşlığından söz açaraq, belə kitabların olduqca dəyərli olduğunu xüsusi vurğuladılar. Sonda kitablarının təqdimatı keçirilən hər üç müəllifə söz verildi. Onlar da öz növbəsində tədbir iştirakılarına və təşkilatçılara öz minnətdarlığını bildirdilər. Tədbirin sonunda prof.Elman Quliyevə, Leyla Faiqqızına və Sona Çərkəzə gül dəstəsi təqdim edildi və onlara yeni yaradıcılıq uğurları arzulandı.