(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

“Aşıq Şəmşir” Mədəniyyət ocağı ictimai birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Heydər Əliyev Mərkəzinə uşaqların ziyarətini təşkil edib.

“Aşıq Şəmşir” Mədəniyyət ocağı ictimai birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi layihəsi çərçivəsində Kəlbəcər rayonundan bir qrup uşaqların Heydər Əliyev Mərkəzinə ziyarətini təşkil etmişdir. Uşaqlara Ümummilli Liderin həyat və fəaliyyəti, dövlətin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edilmişdir. “Aşıq Şəmşir” Mədəniyyət ocağı ictimai birliyinin sədr müavini Həbib Misirov qeyd etdi ki, Ulu öndər hər zaman uşaqlara diqqət və qayğı göstərmişdir. Ulu öndər uşaqlara həsr olunmuş tədbirdə müdrikcəsinə demişdir ki, siz XX əsrin sonunda dünyaya gəlmisiniz. Siz XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacaqsınız. Biz sizə Azərbaycanı tapşırırıq. Mən əminəm ki, bugünki uşaqlar, bugünki Azərbaycan gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirdirlər. Əminəm ki, bugünki uşaqlar, gənclər öz üzərlərinə düşən vəzifələri dərk edə bilirlər. Uşaqlar, gənclər təhsil ilə, həyatın müxtəlif sahələrində öz istedadlarından istifadə etməklə, öz iradəsi, bacarığı ilə müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin edə biləcəklər.

Bu gün bu siyasət Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan olunması haqqında sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mili Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqların hüquqlarının müdafiəsi üçün çox mühim layihələr həyata keçirilmişdir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi ilə, uşaq evlərində böyüyən uşaqların gələcəyi ilə, xəstə və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirin müstəsna əhəmiyyəti vardır. Dövlətimiz uşaqların sağlam, firavan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərir. ölkəmizdə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanıb həyata keçirilir.

Sonda uşaqlar Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film izlədilər.