(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

İyul ayının 25-də Göygöl rayonunda Aşıq Şəmşir adına müsiqi məktədbində milli mənəvi dəyərimiz olan Aşıq sənəti adlı tədbir keçirildi.

Belə tədbirlərdən biri də İyul ayının 25-də Göygöl rayonunda Aşıq Şəmşir adına müsiqi məktədbində milli mənəvi dəyərimiz olan Aşıq sənəti adlı tədbir keçirildi. Tədbirdə ziyalılar və məktəbin şagirdləri iştirak ediblər. 

 Belə tədbirlərdən biri də İyul ayının 25-də Göygöl rayonunda Aşıq Şəmşir adına müsiqi məktədbində milli mənəvi dəyərimiz olan Aşıq sənəti adlı tədbir keçirildi. Tədbirdə ziyalılar və məktəbin şagirdləri iştirak ediblər.

 “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Qənbər Qurbanov bu layihənin əhəmiyyətindən və dövlətin bu istiqamətində olan dəstəyindən danışdı: Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ən çox dəstək verdiyi layihələrdən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Aşıq sənəti Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin humanitar mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı İlham Əliyevin sayəsində uğurla davam etdirilir. Bu gün dünyanın irsi sayılan və Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO tərəfindən qorunan aşıq sənətinə dövlətimizin yüksək qayğısı və diqqəti var. Aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulub. Onlara hər zaman böyük diqqət göstərilib, yaradıcılıqları dəyərləndirilib.

 Təşkilatın İdarə Heyətinin üzvü, Milli Elmlər Akademiyasinin Nizami adına Ədəbiyyat İnsititutunun direktor müavini, dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlı qeyd etdi ki, Aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlamışdır. Məhz buna görə Ulu Öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətindən söz açaraq onu "milli varlığımızın mötəbər qaynağı" kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev 2013-cü ilin sentyabrında Gədəbəydə aşıq məktəbinin açılışında saz-söz sənətimizə yüksək qiymət verərək demişdir: "Aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır... Gənclər bilikli, vətənə bağlı olmalıdır, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir". Bu dəyərləndirmələr Azərbaycan dövlətçilik düşüncəsinin mövqeyidir. Kəlbəcər-Göycə, Qarabağ-Gəncəbasar ellərində məşhur olan Aşıq Şəmşirin xalq şairi Səməd Vurğun ilə deyişmələri həmin tarixi günlərin poetik ovqatını və təravətini indi də saxlayır. Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrlə Kəlbəcər ədəbi mühitinin qüdrətli söz sənətkarı kimi fərdi məktəbini yaradıb Aşıq Şəmşirin barmaqlarının saz çalan yüzlərlə aşığın barmaqlarından seçildiyini söyləyib. Qeyd olunub ki, musiqişünas Əminə Eldarova Dədə Şəmşirin irsinin qorunması və təbliği sahəsində ən böyük işi görərək ustad sənətkarın ifasında 1957-ci ildə 75 aşıq havasını lentə köçürüb. Bu gün də bu saz havaları lentə köçürülür və yaxın gələcəkdə saz-söz adamlarına təqdim ediləcək.

 Məktəbin direktoru Nuranə Quluyeva şəcərəsi Miskin Abdal soyundan başlanan el şairi, ağdabanlı Qurbanın oğlu Aşıq Şəmşirin yaradıçılığı Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Ulu Öndər tərəfindən 2003-cü ildə ustad sənətkarın 110 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalanib. Sərəncamla Aşıq Şəmşirin Göygöl rayonunda büstü ucaldılıb, uşaq müsiqi məktəbinə adı verilibdir. Azərbaycan klassik aşıq şeirinin əksər janr və formalarında mükəmməl nümunələr yaratmış, yetmişdən artıq saz havasını və 20-dən çox dastanı peşəkarlıqla ifa etmişdir. Onun zəngin irsi təkcə Azərbaycanda deyil, digər türk xalqları tərəfindən də maraqla öyrənilməkdədir.

 Bundan sonra Göygöl rayon İçra hakimiyyətinin başçısının müvaini Kamalə İbarahomova və digər çıxış edənlərdə bu layihənin aktuallığından danışaraq bu sənət sahəsinin azərbaycanlılar üçün nə qədər əhəmliyyətli olmasından danışdı: "Aşıq sənəti hər bir azərbaycanlının damarında axan qandır. Tanınmış balaban ustası İbadət Allahverdiyev isə daha çox təbliğata ehtiyac olduğunu vurğuladı və ermənilərin əsrlər boyu bizim milli müsiqimizə qarşı irəli sürdükləri əsasız cəhdlərinin uğursuz olacağını söylədi. Bundan sonra aşıqlar Aşıq Şəmşirin vətənpərvərliyə həsr etdiyi şeirləri əsasında bir-birindən maraqlı kompozisiyalarla çıxış etdilər.

 Layihə çərçivəsində cap olunmuş Səməd Vurğun və Aşıq Şəmşir dastanı kitabı və Aşıq Şəmşirin ifasında səsləndirilmiş “Koroğlu”, “Aşıq Valeh və Zərnigar” dastanları disk şəklində iştirakçılara paylanıb. Tədbirin sonunda iştirakçılar xatirə şəkili çəkdirdilər.

 Məlumat üçün bildirək ki, layihə ilə bağlı Bakı, Sumqayyıt, Gəncə şəhərlərində, Gədəbəy, Göygöl və Bərdə rayonlarında tədbirlər, konsert proqramları, elmi seminar və müzakirələr təşkil edilibdir.

 Sonda məktəbliləri maraqlandıran suallar ətrafında müzakirələr aparıldı.